12.01.2023-cü il tarixdə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Cənab Prezidentin 30 dekabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın 2023−2025-ci illərdə icrası üzrə Fəaliyyət Planının 2.2-ci bəndinin, yəni "Dövlət qulluğunda səriştə (kompetensiya) modelinin tətbiqi" mövzusunda tədbir keçirilib. Tədbirdə çıxış edən Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, rayon icra hakimiyyəti aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva və digər natiqlər bildiriblər ki, dövlət qulluqçularının peşəkarlığını və işinin səmərəliliyini artırmaq məqsədilə dövlət qulluğunda beynəlxalq təcrübəyə əsaslanan səriştə (kompetensiya) modeli tətbiq ediləcəkdir. Qeyd edilib ki, səriştə modelinin tətbiqi dövlət qulluğu vəzifələrinin onların fəaliyyət sahələri üzrə qruplaşdırılması və qruplar daxilində vəzifə profillərinin yaradılması ilə müşayiət olunacaqdır.Sonra tədbir iştirakçılarının təkliflərini dinlənilib.